“ABŞ-nin aparıcı neft şirkətlərindən biri Venesuelanın enerji sektoruna böyük həcmdə sərmayə yatıracağını bəyan etməyə hazırlaşır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Energetika naziri Kris Rayt “Fox News” telekanalına müsahibəsində bildirib.
“Tezliklə öyrənəcəksiniz ki, şist inqilabında mühüm rol oynamış aparıcı amerikalı neft-qaz istehsalçısı Venesuelaya böyük investisiyalar yatıracağını elan edəcək”, – deyə nazir qeyd edib.
Rayt təfərrüatlara varmayıb və konkret şirkətin adını çəkməkdən imtina edib.
Xatırladaq ki, avqustun 28-də Karakas və Vaşinqton ümumi potensialı 65 milyard barel neft olan 17 əsas yatağın işlənilməsini və 100 milyard dollardan çox sərmayəni nəzərdə tutan enerji sazişinin bağlandığını bəyan etmişdilər.
Venesuela prezidentinin nümayəndəsi Delsi Rodriges isə bildirib ki, bu müqavilə dövlətin neft ehtiyatları üzərindəki mülkiyyət hüququnu saxlamaqla özəl operatorların cəlb edilməsi hesabına hasilatın həcmini kəskin artırmağa imkan verəcək. Saziş artıq Venesuela Milli Assambleyası tərəfindən də dəstəklənib.
Son xəbərlər
Son Xəbərlər