ABŞ Hənqam adasına zərbə endirdi

abs-henqam-adasina-zerbe-endirdi
Oxunma sayı: 716

ABŞ İranın cənubunda yerləşən Hənqam adasına zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin mərmiləri Hörmüz boğazı yaxınlığında yerləşən adadakı obyekti hədəf alıb.

Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntılarla bağlı hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında Hörmüz boğazı ətrafında gərginlik davam edir. Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya baxmayaraq, tərəflər qarşılıqlı hücumları davam etdirirlər.qü