Türkiyənin tanınmış müğənnisi Nilüferin qızı ailə həyatı qurub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, həm də mərhum jurnalist Reha Muhtarın mənəvi qızı olan Ayşe Nazlı ötən ilin dekabrında Batuhan Yağlıoğlu ilə nişanlanaraq evliliyə ilk addımını atmışdı.
“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!
Cütlük ötən gün ailə üzvlərinin və yaxınlarının iştirakı ilə keçirilən sadə mərasimlə rəsmi nikaha daxil olub.
Nilüfer xoş günündən olan fotoları sosial media hesabında paylaşaraq bunları yazıb: “Çox xoşbəxt olun, balalarım... Çox xoşbəxt olun...”
Müğənninin paylaşımı qısa zamanda minlərlə bəyənmə və çoxsaylı təbrik şərhləri toplayıb.




Son xəbərlər
Son Xəbərlər