ABŞ hücumlarında ölənlərin sayı açıqlandı

abs-hucumlarinda-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 391

İyunun 27-dən indiyədək ABŞ-nin ölkəyə endirdiyi zərbələr nəticəsində 55 nəfərin həlak olub, 629 nəfərin isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, hücumlar nəticəsində ölənlər arasında qadın və uşaqlar da var.

Kermanpurun sözlərinə görə, yaralananlardan 36 nəfərin müalicəsi xəstəxanalarda davam edir, digər yaralılar isə ambulator və ya stasionar müalicədən sonra evə buraxılıblar.

Qeyd edək ki, Kermanpur iyulun 22-də verdiyi əvvəlki açıqlamada ABŞ hücumları nəticəsində 53 nəfərin öldüyünü, 592 nəfərin isə yaralandığını bildirmişdi.