ABŞ İraqa hücumla bağlı xəbərləri təkzib etdi

abs-iraqa-hucumla-bagli-xeberleri-tekzib-etdi
Oxunma sayı: 1748

ABŞ İraqa hava hücumları təşkil etdiyinə dair yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, İraqa hava zərbələri endirildiyi barədə xəbərlərdən məlumatlıdır:

“ABŞ bu gün İraqa hava hücumu həyata keçirməyib. Bu xəbərlər həqiqətə uyğun deyil”.

Xatırladaq ki, bu gün Bağdad yaxınlığında yerləşən "Əl-Həşd əş-Şaabi" qruplaşmasının istifadə etdiyi Kalsu hərbi bazasında partlayış baş verib. Bazaya hava hücumu təşkil edildiyi bildirilib.