ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

abs-senati-ukrayna-israil-ve-tayvana-yardim-paketini-tesdiqledi
Oxunma sayı: 1000

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün müsadirə edilməsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri paketi prosessual səsvermədə qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, yayım “Associated Press” tərəfindən həyata keçirilib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının aprelin 20-də razılaşdığı qanun layihəsi İsrailə 26 milyard dollar, Ukraynaya 60,84 milyard dollar, Tayvana 2 milyard dollar yardım göstərməyi nəzərdə tutur.