Braziliyada leysan yağışlarında ölənlərin sayı artdı - Görüntülər + Yenilənib

braziliyada-leysan-yagislarinda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1911

Braziliyada güclü leysan yağışları nəticəsində 29 nəfər ölüb, 21 nəfər itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Rio Qrande-du-Sul ştatında şəhərləri su basıb, körpülər uçub, yollar isə yararsız vəziyyətə düşüb.

Hazırda itkin düşənlərin axtarışı üçün əraziyə xilasedici helikopterlər göndərilib.

***

Hadisə nəticəsində ölənlərin sayı 30-a, itkin düşənlərin sayı isə 60 nəfərə yüksəlib.

***

CNN Brasil-in verdiyi məlumata görə, güclü leysan yağışları nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb.

On minlərlə sakinin evlərini tərk edib sığınacaqlarda qaldığı bildirilib.