ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmisini və əlavə 9-10 min hərbçini göndərmək qərarına gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “i24” televiziya kanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisi və onunla birlikdə Dəniz Piyadaları qüvvələri Yaxın Şərqə göndəriləcək.
Qərar ABŞ-İran müharibəsi fonunda vasitəçilər vasitəsilə diplomatik təmasların və qarşılıqlı təhdidlərin davam etdiyi bir vaxtda qəbul edilib.
“The Hill” “USS Theodore Roosevelt”in bölgədə hazırda xidmət göstərən gəmilərdən birini əvəz etmək üçün Yaxın Şərqə yola düşdüyünü yazıb.
“Wall Street Journal”a danışan ABŞ rəsmiləri Pentaqonun Yaxın Şərqə əlavə 9-10 min hərbçi göndərəcəyini bildiriblər.
Məlumata görə, “USS Theodore Roosevelt” sentyabrın 27-də San Dieqodakı bazasından yola düşüb. Dəniz piyadalarını daşıyan üç amfibiya gəmisindən ibarət “USS Makin Island” Amfibiya Hazırlıq Qrupu isə sentyabrın 28-də hərəkətə keçib. Qrupun noyabrın sonunadək Yaxın Şərqə çatacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər