Adriana Limanın kişilərlə bağlı açıqlaması müzakirə yaratdı

adriana-limanin-kisilerle-bagli-aciqlamasi-muzakire-yaratdi
Oxunma sayı: 1173

Dünyaca məşhur model Adriana Limanın kişilərlə bağlı açıqlaması sosial şəbəkədə böyük əks-səda doğurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Limanın xüsusilə boy meyarları ilə bağlı fikirləri tez bir zamanda müzakirə mövzusuna çevrilib.

O, açıqlamasında “Boyu 180 sm-dən yuxarı olmayan istənilən gənc kişi mənim üçün sadəcə dostdur”, - deyib.

Məşhur modelin bu sözləri sosial media istifadəçilərini ikiyə bölüb. Bəzi istifadəçilər modelin şəxsi üstünlüklərini müdafiə edərkən, bəziləri onun sözlərini tənqid edib.