Azərbaycan məktəblərində rus bölməsinin dövlət büdcəsi hesabına maliyyələşməsi məsələsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Hikmət Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı danışıb.
“Milli kimlik, milli ideologiya təhsildə formalaşır. Bu gün Azərbaycanda rus bölməsində 157 min şagird təhsil alır. Azərbaycan bölməsində 1 milyon 570 min şagird təhsil alır. Bir şagirdin dövlət büdcəsinə illik maliyyəti 2 min manatdır. Azərbaycanda ingilis və ya çin dilində dövlət hesabına təhsil alan məktəblər varmı? Demək olar ki, yox. Belə olan halda Azərbaycanda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır və bu xərcləri dövlət ödəyir? Nə üçün? Bu barədə düşünmək lazımdır. Ali təhsil müəssisələrində də belədir”, - deyə deputat qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər