Məlum olduğu kimi, bu gündən Azərbaycanda yeni tədris ili başlayır.
Əllərində gül dəstələri məktəbə üz tutan birincilər rəngarəng görüntülər yaradır. Onların bəziləri ilk dərs günü üçün həyəcanlanır, bəziləri ağlayır, bəziləri isə yuxulayır.
Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində respublika üzrə I siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
Fidan Etibar
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın paytaxtın Nizami rayonunda yerləşən 145 saylı orta məktəbdən çəkdiyi görüntüləri təqdim edirik: