“Ah Nerede”nin aktyoru xəstəxanaya yerləşdirildi

ah-neredenin-aktyoru-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 353

Türkiyəli aktyor Oktay Çubuk xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, aktyorun səhhəti Portuqaliyada istirahətdə olarkən qəfil pisləşib.

Məlumata görə, aktyorun vəziyyəti ağırlaşıb və ürəyinin dayandığı bildirilib.

Dərhal xəstəxanaya çatdırılan Oktay Çubuk hazırda reanimasiyadadır.

Qeyd edək ki, Oktay Çubuk “Ah Nerede” və “Cenneti Gözyaşları” kimi layihələrdə yer alıb.