“Aİ liderləri məsuliyyətdən yayınmaq üçün səhvlərini etiraf etmir”

ai-liderleri-mesuliyyetden-yayinmaq-ucun-sehvlerini-etiraf-etmir
Oxunma sayı: 1646

Ukraynadakı münaqişəyə hər hansı formada töhfə vermiş Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri öz səhvlərinə görə məsuliyyətdən yayınmaq üçün strategiyalarının səhvini etiraf etmirlər”​.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Sual olunur, niyə iki il sonra və bu qədər sübutlarla səhvlərini etiraf etmirlər? Biz dəqiq bilirik ki, siyasi qərar qəbul edənlər səhv qərarlara görə ən azı siyasi məsuliyyət daşımalıdırlar”, - deyə nazir vurğulayıb.