Aİ-nin Qırmızı dənizdəki missiyasına bu ölkə rəhbərlik edəcək

ai-nin-qirmizi-denizdeki-missiyasina-bu-olke-rehberlik-edecek
Oxunma sayı: 1834

Qırmızı dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi ilə bağlı Avropa İttifaqının missiyasının taktiki komandanlığı İtaliyaya həvalə edilib. 

“Qafqazinfo” “ANSA” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın müdafiə naziri Quido Krozetto açıqlayıb. 

Onun sözlərinə görə, Aİ İtaliyadan Qırmızı dənizdə “Aspides” əməliyyatına rəhbərliyi üzərinə götürməsini istəyib. 

Qeyd edək ki, Aİ yanvarın 22-si Qırmızı dənizdə kommersiya gəmilərini Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) hücumlarından qorumaq üçün missiya həyata keçirmək barədə qərara gəlib.