Ailə vəzifələrinə görə işçilər arasında - Ayrı-seçkilik olmayacaq

aile-vezifelerine-gore-isciler-arasinda
Oxunma sayı: 914

Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi qadağan ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, əmək münasibətlərində ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağan olunacaq.

Əlilliyi olan şəxslərə, ailə vəzifələri olan işçilərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab olunmayacaq.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Nuranə Daxilqızı