A.Nağı “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, “Qarabağ Azadlıq Hərəkatı”nı da ilk dəfə onlar 1993-cü ildə yaradıb: “Sonra onun qeydiyyatı ləğv edildi. 2000-ci ildə “Qarabağ Azadlıq Təşkilatı” adı ilə bərpa etdik.
Mən yeni yaradılan təşkilatı da alqışlayıram. Kimlərsə adının nə olmasından asılı olmayaraq, Qarabağla bağlı təşkilat yaradıb iş görmək istəyirlərsə, ancaq uğurlar arzulaya bilərəm. Belə bir təşəbbüsü alqışlayıram.
Bizim fəaliyyətimizdən narazıdırlarsa, bu da onların öz işidir. Düz deyirlər, mən özüm də təşkilatın fəaliyyətindən narazıyam. Bu iddiaları ilə bağlı da bir problem yoxdur.
Yeni təşkilatla məmuniyyətlə əməkdaşlıq edərik. Onlar güclü təşkilata çevrilərlərsə, bir yerdə fəaliyyət göstərərərik”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər