“Harri Potter”in aktyoru vəfat etdi

harri-potterin-aktyoru-vefat-etdi
Oxunma sayı: 193

“Harri Potter və ölüm yadigarları – 1-ci hissə” filmində yaşlı Gellert Qrindelvald obrazını canlandıran britaniyalı aktyor Maykl Börn dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.

82 yaşlı aktyorun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Londonda anadan olan aktyor 1964-cü ildə səhnə karyerasına, 1972-ci ildə kino sahəsində fəaliyyətə başlayıb. O, ekranda əsasən köməkçi və kiçik rolları oynayıb.

Aktyor “Coronation Street”, “Braveheart” və “Indiana Jones” franşizasında, həmçinin Şon Binin baş rolda oynadığı “Sharpe” serialının bir neçə epizodunda çıxışları ilə tanınır.