Azərbaycanın aparıcı beynəlxalq məktəblərindən biri olan “British School in Baku” fəaliyyətinin 20 illiyini yenilənmiş korporativ kimliyi ilə qeyd edir.
“Qafqazinfo” xəbər verir ki, yubiley münasibətilə məktəb, yalnız bu qəbul dövrü üçün valideynlərə övladlarının təhsil mərhələsi üzrə uzunmüddətli təhsil müqaviləsi bağlamaq imkanı təqdim edir.
Bu xüsusi təklif ailələrə təhsil haqlarını uzunmüddətli perspektivdə sabit saxlamaq və gələcək planlamalarını daha rahat qurmaq imkanı yaradacaq.
Yeni loqo və vizual üslub məktəbin müasir inkişaf strategiyasını, beynəlxalq dəyərlərini və gələcəyə baxışını əks etdirir.
2006-cı ildən fəaliyyət göstərən “British School in Baku” bu gün 1000-dən çox şagirdə iki kampusda Britaniya təhsili təqdim edir, 3 minə yaxın məzun yetişdirib və Azərbaycanın Böyük Britaniya hökuməti tərəfindən akkreditasiya olunmuş ilk məktəbi kimi fəaliyyətini uğurla davam etdirir.
Rebrendinq məktəbin son 20 ildə qazandığı etimadın və növbəti inkişaf mərhələsinin simvolu olmaqla yanaşı, “British School in Baku”nun beynəlxalq standartlara sadiqliyini və gələcəyin liderlərini yetişdirmək missiyasını bir daha vurğulayır.

Son xəbərlər
Son Xəbərlər