“XalqKart”da faiz hesablanan qalıq məbləği artırıldı

xalqkartda-faiz-hesablanan-qaliq-meblegi-artirildi
Oxunma sayı: 312

“Xalq Bank”ın təqdim etdiyi “XalqKart Cashback” və “Petrol” kartları üzrə qalığa faiz hesablanan məbləğ limiti artırıldı.

1 iyuldan etibarən “XalqKart”da olan 300 AZN-dən 20 000 AZN-dək qalıq məbləği kart sahibinə illik 7 % olmaqla əlavə gəlir qazandıracaq. Yenilənmiş şərtlərlə müştərilər “XalqKartda vəsaitlərini daha sərfəli şərtlərlə saxlamaqla onu yığım vasitəsi kimi daha rahat dəyərləndirə biləcəklər. Kampaniya 31 dekabradək qüvvədədir.

Qeyd edək ki, 31 dekabradək 3 illik “XalqKart Petrol” və “XalqKart Cashback” kartları pulsuz təqdim edilir. “XalqKart Petrol” kartı ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb, toplanmış bonusları Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. “XalqKart Cashback” kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda müxtəlif üstünlüklər mövcuddur:

- AZN valyutalı kartların qalığına illik 7% əlavə gəlir;

- ölkədaxili bütün kartlara aylıq 3000 AZN-dək komissiyasız köçürmə;

- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;

- onlayn sifariş və pulsuz çatdırılma.

Ətraflı şərtlər: https://www.xalqbank.az/az/ferdi/kartlar/xalqkart-petrol

“XalqKartı” bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.

“Xalq Bank”ın məhsul və xidmətləri barədə məlumatları bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.