“Almaniya da, Ermənistan da Rusiyadan asılıdır”

almaniya-da-ermenistan-da-rusiyadan-asilidir
Oxunma sayı: 3275

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, həm Almaniya, həm də Ermənistan Rusiyadan asılıdır və bunu bir gündə dəyişmək olmaz. 

“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, almaniyalı nazir bunu İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

Berbokun sözlərinə görə, Almaniya Rusiyadan enerji təchizatından əhəmiyyətli dərəcədə asılıdır:

“Biz Ermənistanın Rusiyadan necə asılı olduğunu da başa düşürük. Bunu bir gündə dəyişmək olmaz. Amma siz onu da bilirsiniz ki, asılılığı azaltmaq üçün bizə etibarlı tərəfdaşlar lazımdır. Enerji təhlükəsizliyini təmin etmək üçün yeni layihələrə, yeni infrastrukturlara ehtiyacımız var”.