Almaniya və Ukrayna təhlükəsizlik sazişi imzaladı

almaniya-ve-ukrayna-tehlukesizlik-sazisi-imzaladi
Oxunma sayı: 1282

Almaniyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin kansleri Olaf Şoltsla təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

“Almaniya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam bərpa etmək üçün Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələrinə uzunmüddətli hərbi dəstək vermək niyyətini vurğulayır”, - deyə sazişdə qeyd olunub.

Bildirilib ki, Almaniya ilə Ukrayna arasında saziş imzalandığı tarixdən etibarən 10 il müddətində qüvvədə olacaq və Almaniya bu müddət ərzində Kiyevə dəstək verəcək. Qeyd olunur ki, Berlin bu il Kiyevə maliyyə və hərbi yardım üçün 7,1 milyard avro xərcləyəcək.