Alyaskada güclü zəlzələ oldu

alyaskada-guclu-zelzele-oldu
Oxunma sayı: 302

Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki,  bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.

İlk təkanlar Nikolski yaşayış məntəqəsindən 167 km qərbdə qeydə alınıb. Zəlzələnin episentri 83 km dərinlikdə yerləşib.

Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.