Şair, qəzəlxan Arif Buzovnalı (Arif Əliyev) vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı APA-ya mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o bu gün yaşadığı evdə uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, A.Buzovnalının 53 yaşı var idi.
***
Azərbaycan Yazıçılar Birliyindən (AYB) “Qafqazinfo”ya bildirilib ki, Arif Buzovnalı bu gün saat 16:30-da Məşədi Qərib məscidindən son mənzilə yola salınacaq.
Mərhum Buzovnada “Xrustalnı” adlanan qəbiristanlıqda dəfn olunacaq.
***
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Arif Buzovnalı ilə vida mərasimi Məşədi Qərib məscidində başa çatıb.
Mərhum şairlə vida mərasimində ailə üzvləri və sənət dostları iştirak ediblər.
Arif Buzovnalı Buzovna qəbiristanlığında dəfn edilib.
Son xəbərlər
Son Xəbərlər