“Arıqladıcı həblərdən sonra 25 dəqiqə oyanmadım” - Video

ariqladici-heblerden-sonra-25-deqiqe-oyanmadim
Oxunma sayı: 964

Müğənni Şəbnəm Tovuzlu arıqlamaq üçün qəbul etdiyi həblərin səhhətində ciddi problemə səbəb olduğunu deyib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Günorta efirdəyik” verilişində danışıb.

Müğənni 2 həftə əvvəl səhhətində problem yarandığını qeyd edib: “İki həftə əvvəl anidən təzyiqim düşdü. 25 dəqiqə oyanmadım. Yaxşı ki, bizim binanın aşağısında özəl klinika yerləşir. Həkimlər gəldi. Mən limonlu suyu çox içirdim. Bununla yanaşı arıqladıcı dərmanlar da qəbul edirdim.

O mənə yaxşı təsir etmədi. Əslində çox adam qəbul edir. Onlardan da soruşduqda bu kimi halların baş vermədiyini deyirlər. Bəlkə də bu, mənim təzyiqimin aşağı olması ilə bağlı idi. 50/60 təzyiq nə deməkdir... Getdikcə də düşürdü. Hər kəs bilir ki, 40 artıq komadır. 25 dəqiqə oyanmamaq çox pis haldır. Çox şükür yaxşılaşdım”.