“Arman Dikiy” təcridxanadan yoxa çıxıb

arman-dikiy-tecridxanadan-yoxa-cixib
Oxunma sayı: 7074

Qazaxıstandakı kütləvi iğtişaşların təşkilində şübhəli bilinən “Arman Dikiy” kimi tanınan kriminal avtoritet Arman Cumageldiyev təcridxanadan yoxa çıxıb.

“Qafqazinfo” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Cumageldiyevin vəkilləri açıqlayıb.

Müdafiə tərəfləri “Arman Dikiy”in hara və hansı səbəbdən köçürüldüyünü bilmirlər.

Vəkil Talqat Esimovun sözlərinə görə, onlar A. Cumageldiyevlə bir gün əvvəl görüşüblər və o, ifadə verməyə hazırlaşıb.

Maraqlıdır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları da kriminal avtoritetin yoxa çıxması barədə heç bir məlumata sahib deyillər.

Xatırladaq ki, “Arman Dikiy” yanvarın 7-si Almatı şəhərində saxlanılıb.