“Süni intellektə (AI) nəzarət etmək üçün yeganə ehtiyac duyulan şey yüksək IQ-yə malik, güclü və ağıllı dövlət başçısıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində paylaşıb:
“Birləşmiş Ştatların artıq belə bir prezidenti var və onun administrasiyası süni intellekt sahəsindəki təhlükəli və ya potensial risk yaradan addımların qarşısını qətiyyətlə alır. ABŞ bu texnoloji yarışda Çinin öndə keçməsinə qətiyyən icazə verə bilməz”.
Qeyd edək ki, texnologiya dünyasında AI gələcəyi ilə bağlı narahatlıqlar pik həddə çatır. Birləşmiş Ştatların “Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Kokson yarışın dünyanı “geri dönülməz nöqtəyə” yaxınlaşdırdığını bildirərək sahəni tərk edib. İyul ayında isə “OpenAI” rəhbəri Sem Altman dünyanın süni intellekt yarışında “sinqulyarlıq nöqtəsinə” çatdığını elan etmişdi.
Son xəbərlər
Son Xəbərlər