Xəbər verdiyimiz kimi, Nizami rayonu Keşlə qəsəbəsində ata və oğul birləşib “Azəriqaz”ın əməkdaşı Müzəffər Müzəffərovu döyüblər.
“Qafqazinfo” xəbər verir ki, əməkdaş özü hadisə ilə bağlı danışıb.
O bildirib ki, bu günə kimi həmin ailə ilə heç bir ədavəti olmayıb.
“Göstəriciyə kimi göstərdim ki, belədir. Bu vaxt atası gəldi. Başladı məni təhqir etməyə. O yaşda kişiyə yaraşmayacaq sözlər dedi. Mən də dedim ki, mən sənlə yox, oğlunla danışıram. Oğlu bu vaxt məni tutub kənara çəkdi. Elə bildim ki, atasından ayırır. Kənara çəkən kimi ayağımdan təpik vurdu. Yerə yıxıb vurmağa başladı. Atası da gəldi, ikisi də başladı məni döyməyə. Üzümü bağlamışdım, hər tərəfdən vururdular. Atası deyirdi ki, vur ölsün”, - deyə o əlavə edib.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Son xəbərlər
Son Xəbərlər