Mərakeşdən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya paraşütlə keçməyə çalışan gənc miqrant dənizə düşərək həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın EFE xəbər agentliyi mülki mühafizə mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Səhraaltı Afrikadan olan gənc qeyri-qanuni miqrant Mərakeşdən Seutaya paraşütlə çatmağa cəhd edib.
Miqrant keçid zamanı paraşütün idarəetməsini itirib və dənizə düşüb. Hadisədən sonra xilasetmə və axtarış qrupları əraziyə cəlb olunub.
Axtarışlar nəticəsində miqrantın cansız bədəni dənizdən çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər