Aygünlə Namiq illər sonra yenidən duet oxudular - Video

aygunle-namiq-iller-sonra-yeniden-duet-oxudular
Oxunma sayı: 851

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu illər sonra yenidən duet oxuyublar.

“Qafqazinfo” xəbər verir ki, sənətçilər “Gəlirəm” adlı mahnı üçün bir araya gəliblər. 

Qeyd edək ki, Aygün Kazımova və Namiq Qaraçuxurlu uzun illər birlikdə duet oxuyublar. Belə ki, onların ilk əməkdaşlığı 2005-ci ildə “Sevdi ürək” adlı albom ilə başlayıb. Albomda sənətçilərin ifasında 15 mahnı yer alıb.

Onların “Sevirəm”, “Bağlanıram”, “Dedi-qodu”, “Dözmədi qəlbim” , “Mənim deyil”, “Sevdi ürək” və başqa bir çox mahnıları sevilərək dinlənilib və dillər əzbərinə çevrilib.