Ayxan Abbasov Şahruddin və Nərimanın milliyə çağırılmamasından danışdı - Video

ayxan-abbasov-sahruddin-ve-nerimanin-milliye-cagirilmamasindan-danisdi
Oxunma sayı: 490

“Bütün futbolçular nəzarətdədir. Sevindik ki, Nəriman Türkiyə Super Liqasına gəldi, ABŞ-də daha az şans qazanırdı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Tacikistanla keçiriləcək yoldaşlıq oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

Məşqçi ilk olaraq gənc futbolçu Nəriman Axundzadənin klubundakı durumu və U-21 yığmasına göndərilməsi barədə diqqətçəkən məqamlara toxunub:

“Yay toplanışında özü də xoşbəxt olmadığını demişdi. “Ərzurumspor”da şans qazanmır. Səbəb də bəlli deyil, özü ilə də danışırıq. Məşqlərdə maksimumunu ortaya qoyur. Təəssüf ki, başqa çempionatlarda yanaşma başqadır, öz mövqeyində gərək yerli futbolçudan iki baş güclü olasan. Bizdə isə tam fərqlidir. Nəriman oynamalıdır, üzərində işləyir. Qərara gəldik ki, son matçlarda bir dəqiqə belə oynamadığı üçün daha yaxşı olar ki, U-21 yığmasında özünə gəlsin”.

Baş məşqçi daha sonra komandadakı qapıçı seçiminə və Şahruddin Məhəmmədəliyevlə bağlı vəziyyətə də aydınlıq gətirib:

“Adlara toxunsaq, hərənin öz namizədi olacaq. Emil Balayev “Neftçi”də əsas heyət qapıçısıdır, Aydın Bayramov “Zirə”də əsas heyətdə olub avrokuboklarda oynayıb. Rəvan isə perspektivli gəncdir, “Sabah”ın heyətində 2 oyunda çox yaxşı çıxış edib. Şahruddin millimiz üçün önəmli və ən yaxşı qapıçıdır. Amma biz onu zədəli olduğu vaxtda, yoldaşlıq görüşləri idi, digər futbolçuları da milliyə qazandırmaq istədik. Fikirləşirdik ki, Şahruddinə çempionatda şans veriləcək. Təəssüf ki, olmadı. O da milli karyerasını fikirləşməlidir.

Səlahət çox yaxşı insandır, peşəkardır. Səlahəti bir neçə ildən sonra milliyə qaytaran da biz olmuşuq. 5-6 il milliyə dəvət olunmurdu, ancaq biz onu “Qəbələ”dən dəvət etdik. Həmin vaxt “Qəbələ” son pillədə gedirdi, amma biz ona şans verdik. Səlahət yenə də siyahımızda idi, amma gənclərə də yol açmaq lazımdır.

Biz həmişə danışanda deyirik ki, millidə gənclərə yol açmalıyıq. Biz bu yola əl atmışıq; Oruc Məmmədov, Edqar Adilxanov kimi yeni oyunçular tapmaq lazımdır. Millini hiss etməlidirlər. Rüfət Abbasovu hamımız tərifləyirik, amma onun keçdiyi yola baxmalıyıq”.