“Azərbaycan bu ağrını öz ağrısı kimi bölüşür”

azerbaycan-bu-agrini-oz-agrisi-kimi-bolusur
Oxunma sayı: 340

Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələnin üçüncü ildönümü ilə bağlı paylaşım edilib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:

“Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş, genişmiqyaslı dağıntılara səbəb olmuş bu faciənin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik.

Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və bu ağrını öz ağrısı kimi bölüşür. 

Qardaş Türkiyə dövlətinə və xalqına daim rifah, firavanlıq və əmin-amanlıq arzu edirik”.