Gediş haqqını ödəməmək üçün sürücünü döyüb xəstəxanalıq etdilər - Rusiyada qəribə olay

gedis-haqqini-odememek-ucun-surucunu-doyub-xestexanaliq-etdiler
Oxunma sayı: 228

Sankt-Peterburqda yaşayan cütlük gediş haqqını ödəmək istəmədiyi üçün taksi sürücüsünü döyüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “78.ru” telekanalı məlumat yayıb.

Məlumata görə, bir kişi və bir qadın taksi sifariş edərək ünvana yollanıblar. Avtomobil mənzil başına çatdıqda isə sərnişinlər gediş haqqını ödəməmək üçün qaçmağa cəhd göstəriblər.

Bu zaman sürücü ilə müştərilər arasında mübahisə düşüb. Bundan sonra qadın sərnişin gözlənilmədən taksi sürücüsünün üzünə bibər qazı püskürdüb və ona bir neçə zərbə endirib. Sürücünün gözləri kor olduğu və ətrafı görə bilmədiyi anlardan istifadə edən cütlük hadisə yerindən uzaqlaşıb.

Xəstəxanadan sonra polisə ərizə yazan taksi sürücüsünün şikayəti əsasında dərhal əməliyyat keçirilib. Ertəsi gün Daxili İşlər Nazirliyinin əməkdaşları şübhəli şəxsləri saxlayıblar.

Xatırladaq ki, bundan əvvəl başqa bir taksi sürücüsü ona qarşı əxlaqsız təkliflər edən və fiziki təmas qurmağa çalışan qadın sərnişini məhkəməyə vermişdi.