Yasamalda 4 min şəxsə qurban payı verildi - Fotolar

yasamalda-4-min-sexse-qurban-payi-verildi
Oxunma sayı: 467

Qurban bayramının rəsmi günləri artıq arxada qalsa da, onun yaratdığı həmrəylik, mərhəmət və paylaşmaq ruhu cəmiyyətimizdə yaşamaqda davam edir.

“Qafqazinfo” Qurban bayramı günlərində Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə genişmiqyaslı sosial-humanitar aksiya həyata keçirilib.

Aksiya çərçivəsində aztəminatlı ailələrə, şəhid ailələrinə, qazilərə və digər həssas kateqoriyadan olan vətəndaşlara qurban payları çatdırılıb. Verilən məlumata əsasən, ümumilikdə 4000 nəfər qurban əti ilə təmin olunub.

Yasamal sakinləri bu nəcib təşəbbüsə və aztəminatlı ailələrə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıqlarını ifadə ediblər. Sakinlər tərəfindən yüksək qiymətləndirilən bu təşəbbüs bayramın əsas mahiyyəti olan paylaşmaq, yardımlaşmaq və sosial həmrəyliyin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.