“Ulduz” jurnalının şöbə redaktoru vəfat etdi

ulduz-jurnalinin-sobe-redaktoru-vefat-etdi
Oxunma sayı: 587

“Ulduz” jurnalının şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynova uzunsürən xəstəlikdən sonra vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalın feysbuk hesabında məlumat paylaşılıb.

“Ulduzlar sönür, ya yox… Bilmirəm. Sən bizim sönməyən “Ulduz”umuzsan! İşığını indidən belə də əsirgəmə”, - baş redaktor Qulu Ağsəs mərhum iş yoldaşı haqda bunları yazıb.

Qeyd edək ki, Hicran Hüseynova uzun müddət idi ki, xərçəngdən müalicə alırdı.