“Eşref Rüya” serialının aktyoru Görkem Sevindikin yeni layihəsi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, o, “Güneşin Doğduğu Yer” (ilkin adı “Seni Yazdım Kalbime”) serialına transfer olunub.
Yıldız Tunçun ssenarisi əsasında çəkilən ekran işi məşhur “Bir Zamanlar Çukurova” serialının tamamilə yenilənmiş malikanəsində lentə alınacaq.
Sibel Taşçıoğlu (“Celadet”) və Uğur Güneşin (“Kenan”) ana-oğulu canlandıracağı iddialı layihədə Görkem Sevindik hekayəsi Almaniyadan Adanaya uzanan “Ceyhun” obrazına həyat verəcək.
Aktyor bu serialdan əvvəl rol aldığı “Kantin” adlı qorxu-komediya filminin çəkilişlərini tamamlayacaq.
İyunun sonunda çəkilişlərinə başlanılacaq serialın baş rol qadın qəhrəmanı “Tina” obrazı üçün isə aktrisa axtarışları davam edir.
Son xəbərlər
Son Xəbərlər