Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində rəis müavini təyin edildi

azerbaycanli-ukrayna-silahli-quvvelerinde-reis-muavini-teyin-edildi
Oxunma sayı: 1013

Azərbaycan əsilli Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib.

“Qafqazinfo” “ZN.ua” portalına istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Mixaylo Fedorov bununla bağlı əmr imzalayıb.

Gündüz Məmmədov 1974-cü ildə Gəncə şəhərində anadan olub. Uzun illər Ukraynanın prokurorluq orqanlarında çalışıb. 2014-cü ilin iyulundan Odessa prokuroru vəzifəsini tutub, 2015-ci ilin dekabrından Odessa vilayəti prokurorunun müavini olub. Bununla yanaşı, o, 2019-2021-ci illərdə isə Ukrayna Baş prokurorunun müavini vəzifəsini tutub.