“Bitkoin”in qiyməti düşdü

bitkoinin-qiymeti-dusdu
Oxunma sayı: 552

4 iyun cümə axşamı gecəsi ticarət sessiyasında “Bitkoin”​in qiyməti 62 000 dollardan aşağı düşüb.

“Qafqazinfo” xəbər verir ki, bunu “Binance” kriptovalyuta birjasının məlumatları sübut edir.

Ticarət məlumatlarına görə, kriptovalyuta qısa müddət ərzində 61 400 dollara qədər aşağı satılıb.

Bu, fevralın əvvəlindən bəri ən aşağı səviyyədir.