“Azərbaycan hökuməti bu istiqamətdə məqsədyönlü iş aparır”

azerbaycan-hokumeti-bu-istiqametde-meqsedyonlu-is-aparir
Oxunma sayı: 648

“Siyasətimizin ana hədəflərindən biri 2030-cu ilə qədər illik transfert məbləğini daha 1,5 milyard dollar azaldaraq 5,5 milyard dollarlıq transfert hədəfinə çatmaqdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ümumilikdə büdcə üzrə əsas məqamları qeyd etdikdə, xüsusi olaraq nəzərəçarpan birinci məqam neftdən asılılığın daha da azaldılmasıdır. Artıq Azərbaycan hökuməti tərəfindən davamlı olaraq bu istiqamətdə məqsədyönlü iş aparılır. Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 17,1% olacaq. Cari illə müqayisə etsək, bu, 1,7% bənd daha azdır.

Və fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricimizdir. Hədəfimiz 2029-cu ildə bu kəsiri ÜDM-in 13%-ə, 30-cu ildə 12%-ə çatdırmaqdır. Beləliklə, biz büdcənin dayanıqlığı baxımından çox ciddi bir uğur əldə etmiş olacağıq”, - nazir qeyd edib.

Nuranə Daxilqızı