“Azərbaycan “Şimal-Cənub” layihəsini dəstəkləyir” - Putin

azerbaycan-simal-cenub-layihesini-destekleyir
Oxunma sayı: 301

“Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəkləyir və bu layihəni perspektivli hesab edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı bildirib.

Rusiya lideri Bakının mövqeyinə xüsusi diqqət çəkib:

“Diqqət yetirmək istəyirəm ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir. Azərbaycan bu layihənin reallaşdırılması ilə razıdır və onu perspektivli hesab edir”.

Rusiya dövlət başçısı həmçinin Moskvanın bu strateji layihə üçün lazımi kredit resurslarını ayırmağa hazır olduğunu bəyan edib:

“Biz kredit resursları ayırmağa hazırıq. Bizdə müvafiq maliyyə vəsaitləri nəzərdə tutulub”.

Putin əlavə edib ki, hazırkı mərhələdə İran tərəfi öz üzərinə düşən işləri yerinə yetirməli, xüsusən də marşrutun keçəcəyi torpaq sahələrinin satın alınması prosesini tamamlamalıdır.