“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”

azerbaycanda-500-e-yaxin-hindistanli-telebe-tehsil-alir
Oxunma sayı: 307

“Kadr hazırlığı çərçivəsində Hindistandan Azərbaycandakı universitetlərə və digər ali təhsil müəssisələrinə 500-ə yaxın tələbə qəbul olunub”.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir humanitar əməkdaşlığa toxunaraq, 30-dan çox Hindistan filminin Azərbaycanda çəkildiyini də qeyd edib.