Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu

azerbaycanda-islemis-mesqci-realda-arbeloanin-komekcisi-oldu
Oxunma sayı: 412

“Real”ın yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.

“Qafqazinfo” “Futbolxeber.az”a istinadla xəbər verir ki, 43 yaşlı mütəxəssisin köməkçilərindən biri vaxtı ilə Azərbaycanda çalışıb.

Söhbət fiziki hazırlıq üzrə mütəxəssis Rikardo da Silvadan gedir. Belə ki, da Silva 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi Patrisiya Qonzalesin köməkçisi olub.

Qeyd edək ki, P. Qonzales 2013-2016-cı illərdə Azərbaycan yığmasını çalışdırıb.

Əlavə edək ki, Rikardo da Silva “Kastilya”da Arbeloa ilə birgə çalışıb. Buna qədər isə o, “Rayo Valyekano” və “Valensiya”da işləyib.