Azərbaycanda “Quran” motivləri əsasında hekayə - - Müsabiqəsi

azerbaycanda-quran-motivleri-esasinda-hekaye-
Oxunma sayı: 3389


Bu barədə “Qafqazinfo”ya Yaradıcılıq Fondundan məlumat daxil olub. Layihə - Qurani-kərimin gənclər arasında düzgün formada təbliğinə, müqəddəs kitabdan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.

Müsabiqənin şərtləri: 

1) Müsabiqəyə təqdim edilən hekayələrin sujeti və ideyası Qurani-kərim motivləri əsasında olmalıdır; 

2) Müsabiqəyə göndərilən hekayələr 10 min işarədən az olmamalıdır; 

3) Hekayələr elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə Azərbaycan Yaradıclıq Fondunun elektron ünvanına göndərilməlidir;[email protected] 

4) Hekayələr qəbulu üçün son gün 15 aprel 2015-ci ildir. 

5) Müsabiqədə yaş məhdudiyyəti yoxdur. 

Mükafatlandırma: Müsabiqədə 1-ci, 2-ci və 3-cü yer olmaqla üç baş mükafat və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin iki həvəsləndirici mükafatı olacaq. 

Birinci yer – 700 azn 

İkinci yer – 500 azn 

Üçüncü yer – 300 azn 

Həvəsləndirici iki yerin qaliblərinə isə qiymətli hədiyyələr veriləcək. Müsabiqəyə təqdim edilən bütün hekayələr antologiya kimi dərc ediləcək, təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Nəşr edilmiş antologiya Respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq.