İlham Mirzəyevin vəziyyəti ağırdır

ilham-mirzeyevin-veziyyeti-agirdir
Oxunma sayı: 8888

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstənin vəziyyəti ağırdır.

“Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və stent implantasiya edilib. Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, İ.Mirzəyev daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək halallaşmış və hər kəsdən onun üçün dua etmələrini xahiş etmişdi.