Moskva və Kiyevdə əsas müzakirə mövzusu nə olub?

moskva-ve-kiyevde-esas-muzakire-movzusu-ne-olub
Oxunma sayı: 403

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və amerikalı iş adamı Cared Kuşner Moskva və Kiyevə son danışıqlardan sonra baş verən dəyişiklikləri nəzərə alan sənədlər aparıblar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb. 

“Amerikalılar sülhün təmin edilməsinə yönəlmiş əvvəlki sənədlərin yenilənmiş versiyalarını gətiriblər. Bu sənədlər fevral ayında sülh danışıqlarının dalana dirənməsindən sonra baş verən dəyişikliklər nəzərə alınmaqla yenidən işlənib”, - nəşr qeyd edib.  

Bildirilir ki, Uitkoff və Kuşner danışıqlara az sayda yeni ideyalar gətirsələr də, Kiyev və Moskva arasındakı fikir ayrılıqlarını azaltmaq üçün əvvəlki təkliflərin müzakirəsini yenidən canlandırmağa çalışıblar.

Əsas müzakirə mövzusunun isə Donbasın ərazi məsələsi olduğu iddia edilir. 

Ümumilikdə isə Uitkoff və Kuşnerin bu diplomatik turnesinin Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində ciddi irəliləyişə səbəb olmadığı bildirilir.