Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayonun Bolsulu kənd sakini 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn “Ford” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü S.Kərimov və avtomobildə olan 1996-cı il təvəllüdlü qızı Muradova Aytən müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq S.Kərimov xəstəxanada dünyasını dəyişib.
Onun qızı A.Muradovaya ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər