Gəncədə maşınla vurulan piyada ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
“Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Elmira Səfərovanı vurub.
Qadın ağır vəziyyətdə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər