Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı

azerbaycanda-yumurta-1-qepiyedek
Oxunma sayı: 3419

Azərbaycanda yumurta kəskin ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta, marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.

Bildirilir ki, kəskin ucuzlaşma mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında yumurta istehlakı xeyli azalır. Əvəzində isə bu ərəfədə yumurta istehsalı daha da artır.

Xəbəri rus dilində oxuyun: В Азербайджане яйца подешевели до 1 гяпика - ФОТО

Qiymətin kəskin ucuzlaşmasında yumurta ixracının azalmasının da rol oynadığı istisna edilmir.