Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu

azerbaycandan-qacan-qadin-memur-rusiyada-tutuldu
Oxunma sayı: 15353

Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri Gülnarə Xəlilova Rusiyada tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş 1960-cı il təvəllüdlü G.Xəlilova Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, ötən ilin mayında Baş Prokurorluq Gülnarə Xəlilova barəsində məlumat yayıb. Bildirilib ki, sözügedən şöbənin sabiq müdiri G.Xəlilova 5 ay ərzində xəzinədən 24 150 manat mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb.

Nizam Rza