Şuşanın səması Zəfər atəşfəşanlığı ilə işıqlandı - Foto-Video

susanin-semasi-zefer-atesfesanligi-ile-isiqlandi
Oxunma sayı: 429

8 Noyabr – Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Azərbaycanın mədəniyyət paytaxtında möhtəşəm atəşfəşanlıq keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bayram tədbirləri çərçivəsində təşkil olunan atəşfəşanlıq zamanı Şuşanın gecə səması rəngarəng fişənglərlə işıqlanıb.

Şəhərə xüsusi bayram ab-havası qatan mənzərə sakinlərin və qonaqların sevincinə səbəb olub. Tarixi Zəfərin altıncı ildönümü münasibətilə Şuşada keçirilən bayram gecə saatlarınadək davam edib.

Ziya Əmirxanlı