Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi - Fotolar

azerbaycanli-model-dunyanin-en-yarasiqli-kisisi-secildi
Oxunma sayı: 10334

Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində “Best Model of The World – 2019” beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, yarışmada azərbaycanlı model Nuru Əhmədov qalib gəlib. O, saytımıza açıqlamasında çox sevincli olduğunu və məqsədinə çatdığı üçün qürur hissi keçirdiyini bildirib.

40 ölkənin qatıldığı müsabiqədə ikinci yeri Belçika, üçüncü yeri Türkiyə təmsilçisi qazanıb. Xanım iştirakçılar arasında isə qalib türkiyəli model Derya Ekşioğlu olub. Azərbaycanın xanım təmsilçisi Nigar Həsənzadə yarışmanın "Best Asia" tituluna layiq görülüb.

Qeyd edək ki, Azərbaycandan “Best Model of The World” müsabiqəsində yarışmanın milli və beynəlxalq direktoru Aqil Məmiyev, layihə direktoru Pərviz Əzimzadə və beynəlxalq müsabiqənin rəsmi qida məsləhətçisi, həkim Azay Musayeva iştirak ediblər. 

Xatırladaq ki, Azərbaycana sonuncu dəfə bu qalibiyyəti 12 il əvvəl model Rüstəm Cəbrayılov gətirmişdi. O, 2007-ci ildə İstanbulda keçirilən “Best Model of The World" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olmuşdu.